Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər Baş Təhsil İdarəsi ilə birgə 2013-cü il fevralın 11-dən 15-dək "Cizgi filmləri həftəsi"ni keçirəcək. Lent.az-ın məlumatına görə,
həftə ərzində Bakının 8 orta məktəbində ibtidai sinif şagirdlərinə son illər ərzində istehsal edilmiş Azərbaycan cizgi filmləri nümayiş etdiriləcək.
Fevralın 15-də isə Nizami Kino Mərkəzində uşaq evləri və internat məktəblərinin şagirdləri üçün həftənin yekun tədbiri - "Cizgi filmləri bayramı" təşkil olunacaq. Bayramda uşaqlar qarşısında aktyorlar, klounlar, uşaq özfəaliyyət kollektivləri çıxış edəcək, yeni filmlər göstəriləcək.