Çio-Çio-San Bakıya gəlib
07 yanvar 2013 16:45 (UTC +04:00)

Çio-Çio-San Bakıya gəlib

Yanvarın 12-də Opera və Balet Teatrında Puççininin “Madam Batterflyay” (“Çio-Çio-San”) operasının tamaşası baş tutacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,   tamaşada əsas partiyaları  ifa etmək üçün Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı  solistləri – Belorusun Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Yelena Bundeleva (“Çio-Çio-San”) və Belorusun xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Sergey Frankovskiy (“Pinkerton”) dəvət olunublar.  

Tamaşada həmçinin Azərbaycanın xalq  artisti, vokalçıların Bülbül adına III beynəlxalq müsabiqəsinin laureatı  Əvəz Abdullayev (“Şarples”) və əməkdar artist Səbinə Vahabzadə (Suzuki) iştirak edəcəklər.

Tamaşanı xalq artsti, professor Yalçin Adıgözəlov idarə edəcək.

 

Jalə

 

               

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859

Oxşar yazılar