Bəhram Bağırzadə yeni filmdə
27 mart 2014 14:41 (UTC +04:00)

Bəhram Bağırzadə yeni filmdə

0

Bəhram Bağırzadə yeni qısametrajlı bədii filmə çəkilir. Lent.az-ın məlumatına görə, “Art Film Pictures”in “Ultra Production”la müştərək çəkilən filmi “Nema-(o)-ya skripka” (“Lal (“Mənimki olmayan”) skripka”) adlanır.

Filmin quruluşçu-rejissoru Emil Quliyev, quruluşçu operatoru Elman Əliyev, qrimçisi Polina Tkaçenkovudur. Baş rollarda Bəhram Bağırzadə, Qorqud Cəfər, Xəyal Məmmədov və Natali Borsitskaya çəkilib.

B. Bağırzadə Lent.az-a açıqlamasında bildirib ki, “Nema-(o)-ya skripka” “Art Film Pictures”in yaradıcı kollektivinin növbəti işidir: “Bu, həyatın mənası haqqında incə lirizm və fəlsəfi düşüncələrin daxil edildiyi qarşılıqlı münasibətlər və məsuliyyətdən bəhs edən əsl psixoloji əhvalatdır. Filmin çəkilişləri başa çatmaq üzrədir. Film beynəlxalq festival və müsabiqələrdə təqdim olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1160

Oxşar yazılar