Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının dünən dünyasını dəyişmiş baş rejissoru, əməkdar incəsənət xadimi Rəhman Əlizadə bu gün torpağa tapşırılıb.
APA-nın məlumatına görə, R. Əlizadənin dəfnində mərhumun yaxınları, çalışdığı kollektiv, bir çox sənət adamı iştirak edib.
O, Mərdəkan qəbirstanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, həkimlər iki gün öncə ürək-damar çatışmazlığı problemi ilə xəstəxanaya yerləşdirilən R.Əlizadənin ağ ciyərlərinin tamamilə sıradan çıxdığını bildirmişdilər. O, dünən axşam saatlarında dünyasını dəyişib.
R.Əlizadənin 66 yaşı vardı.