Bakıda “Çeşidlilik və təmsilçilik üçün nəsə et" kampaniyası
20 may 2013 14:26 (UTC +04:00)

Bakıda “Çeşidlilik və təmsilçilik üçün nəsə et" kampaniyası

Bu ayın sonunda Bakıda baş tutacaq Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan və BMT-nin Sivilizasiyalar Alyansının təşkilatı dəstəyi ilə "Çeşidlilik və təmsilçilik üçün nəsə et" kampaniyası keçiriləcək. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

 

Bununla bağlı olaraq, BMT Sivilizasiyalar Alyansı tərəfindən ən yaxşı şuar elan ediləcək, həmçinin  çeşidliliyin dəstəyi məqsədilə bir layihənin təqdimatı olacaq.

 

Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansı və YUNESKO tərəfindən hər il mayın 21-i Dialoq və İnkişaf naminə Dünya Mədəni Çeşidlilik Günü kimi qeyd olunur. Bununla bağlı 2011-ci ildə "Çeşidlilik və təmsilçilik üçün nəsə et" kampaniyası təsis edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar