Bakı Uşaq Teatrı və teatrın nəzdində fəaliyyət göstərən rusdilli uşaqlardan ibarət “Günay” teatr studiyası Türkiyə Respublikasında keçirilən “23 Nisan Çocuk Bayramı” festivalından geri dönüb. TeatrdanAPA-ya verilən məlumata görə, teatr bir çox ölkələrin (Gürcüstan, Rusiya, Bolqarıstan, Ukrayna və s.) qatıldığı festivalda uğurla çıxış edib. Sinop və Girəsun şəhərlərində keçirilən festivalın yekununda nəticə olaraq festival təşkilatçıları Azərbaycan haqqında çox xoş sözlər söyləyiblər.
Bakı Uşaq Teatrı 13-27 may tarixlərdə Ərzurum şəhərində keçirilən “Uluslararası Gençlik Tiyatro Festivalı”na dəvət alıb. Teatr festivala Abdulla Şaiqin əsəri əsasında İntiqam Soltanın və Hacıbaba Məmmədovun quruluşunda olan “Əşxas” və “Türk xalqlarının teatrı” layihəsi çərçivəsində Türkiyə və Azərbaycan aktyorlarının birgə oynadıqları “Sıravi Dursun” tamaşası ilə qatılacaq.