Bakı İH bu ərazilərdə tonqallar yandıracaq - <span style="color:red;">MARTIN 17-də
14 mart 2015 10:35 (UTC +04:00)

Bakı İH bu ərazilərdə tonqallar yandıracaq - MARTIN 17-də

Bakı Şəhər İcra Hakimiyyəti ilaxır çərşənbə münasibəti ilə vətəndaşlara müraciət edib. İH-dən Lent.az-a verilən məlumata görə, martın 17-də saat 11.00-da metronun İçərişəhər stansiyasının yanından Novruz personajlarının iştirakı ilə hərəkət edən “bayram karvanı” - süvarilər, dəvə və faytonların da qatılması ilə Bakının Fizuli meydanının qarşısındakı yeni istirahət parkı, Azadlıq meydanı, metronun Koroğlu stansiyasının yaxınlığında yerləşən Büllur fəvvarənin ətrafındakı istirahət parkı, Səməd Vurğun istirahət parkında Novruz şənlikləri keçiriləcək.

Heydər Parkında (Mərkəzi Bankın qarşısında) Novruz personajları, kəndirbaz və pəhləvanların, milli geyimli oğlan və qızların iştirakı ilə bayram tonqalları alovlandırılacaq. Saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında İlaxır çərşənbə münasibətilə bayram tonqalı alovlandırılacaq. İncəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar