Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
22 yanvar 2013 15:23 (UTC +04:00)

Bakı daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək

Mədəniyyət və Turizm Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və MDB İcraiyyə Komitəsinin birgə təşkilatçılığı ilə bu ilin mart ayında Bakıda "MDB dövlətlərinin paytaxtlarında tarixi və mədəni irsin mühafizəsi məsələləri" adlı beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransın işi "Müasir urbanizasiya şəraitində paytaxt şəhərlərin tarixi və mədəni irsinin mühafizəsi məsələləri", "Paytaxt şəhərlərin tarixi mərkəzlərinin idarə edilməsi modelləri və ümumdünya irsi", "Tarix və mədəniyyət abidələrinin şəhərin sosial-iqtisadi inkişafı baxımından səmərəli istifadəsi" mövzuları ətrafında sessiyalar şəklində baş tutacaq.

Konfransda MDB-yə üzv dövlətlərin paytaxt şəhərlərinin merləri və elmi ictimaiyyətin nümayəndələrinin iştirakı gözlənilir. Konfrans çərçivəsində eyni adlı mövzu üzrə fotosərginin təşkili də nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1072

Oxşar yazılar