Türkiyənin “Samanyolu” Yayın Qrupunun 20-ci ildönümü münasibətilə İstanbul Konqress Mərkəzində “Fətullah Gülən mahnıları” adlı konsert proqramı keçirilib. Lent.az-ın məlumatına görə, canlı yayınla təqdim olunan konsert proqramında Türkiyənin məşhur sənət adamları, müğənniləri ilə yanaşı Azərbaycanın əməkdar artisti Azərin də iştirak edib. Azərin 60 nəfərlik Simfonik Orkestrin müşayiəti ilə Fətullah Gülün məşhur mahnılarından bir neçəsini ifa edib.