“Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!”
“Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Fərid Məmmədova Ermənistandan da səs verənlər olub.
ANS PRESS-in məlumatına görə, bunu açıq şəkildə bəyan edənlər də var. Melina Arzumanyan adlı Twitter istifadəçisi öz belə bloqunda yazıb: "Ermənilər məni bağışlasınlar. Amma mən öz səsimi Azərbaycana verdim! Gözəl mahnıdır! Gözəl ifaçıdır!".
Bundan sonra erməni istifadəçilər Melina Arzumanyana qarşı hücumlara başlayıblar. "Virtual terror"dan bezən Arzumanyan bloqunu gizlətməyə məcbur olub.