Azərbaycanın rok ifaçısı Ümman "Zərrə-zərrə" adlanan yeni mahnısı dinləyicilər böyük rəğbətini qazanıb. Lent.az-ın məlumatına görə, müğənni sözləri Sahibə Rəşidə, musiqisi Valeh Əhmədə aid mahnıya klip çəkdirməyi düşünür.
Pərəstişkarlarının istəyini nəzərə alan rokçu xanım bu günlərdə sözügedən mahnının ekranlaşması üçün fərqli görkəmdə kameralar önünə keçəcək. Klip rejissor Rəhman Əliyev tərəfidən çəkiləcək. Operator işini isə Delee görəcək. Bu, sayca Ümmanın 4-cü klipi olacaq.
Bu ərəfələrdə müğənni daha 2 yeni mahnısını yazdırıb. "Ovutma məni" və "Günahkaram" adlanan mahnılar da yaxın vaxtlarda dinləyicilərə təqdim ediləcək. Bundan başqa, Ümman tanınmış türk müğənnilərindən biri ilə duet ifa edəcək. Mahnı türk müğənnisi tərəfindən yazılıb. Hazırda aranjimandadır. Duet hazır olduqdan sonra Türkiyədə elə türk rejissoru tərəfindən klip çəkiləcək.
Təqdim olunacaq layihələrin rəhbəri Azər Nəsibovdur.
Azərbaycan rokunda "Zərrə-Zərrə"...
1240