Axundov kitabxanasında unikal yenilik
21 dekabr 2012 15:53 (UTC +04:00)

Axundov kitabxanasında unikal yenilik

Kitabxanaçıların II Ümumrespublika müşavirəsi çərçivəsində Milli Kitabxanada "Vahid avtomatlaşdırılmış kitabxana informasiya sistemi"nin təqdimatına həsr edilmiş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, sistem Belçikanın "ACMİS Group" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan "Ultra" şirkəti tərəfindən tətbiq edilib.


İlk olaraq sistemlə abunə üsulu əyani olaraq nümayiş etdirilib. Sistemin ilk abunəçilərindən biri isə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev olub. Tədbir iştirakçılarına sistemin tətbiqi ilə əlaqədar geniş və izahlı informasiya verilib. Qeyd edilib ki, "Avtomatlaşdırılmış idarəetmə sisteminin tətbiqi" layihəsi oxuculara kitab verilişi prosesində mühüm yenilikdir. Elektron kataloq, elektron kitabxana xidmətləri çoxdan formalaşıb. İndi oxucuya xidmətin avtomatlaşdırılması prosesi tətbiq edilir. Oxucu şəxsiyyətini təsdiq edən sənədi təqdim edir və ona elektron bilet verilir. Oxucu artıq kitabxanada tələbnamə yazmır. Elektron biletlə avtomatik qeydiyyatdan keçir, elektron kataloqda istədiyi kitabı seçir, sifariş verir, bir neçə dəqiqə ərzində kitab tapılır və oxucu kitabın olduğu zala dəvət edilir. Müşavirə iştirakçıları sistemlə tanış olduqdan sonra qısa müzakirələr aparılıb. 
 

Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, layihənin tətbiqi nəticəsində bütün ölkənin vahid informasiya kitabxana sistemi yaradılacaq və bölgələrdə fəaliyyət göstərən bütün kitabxanalar bu sistemə qoşularaq oxuculara daha səmərəli xidmət göstərəcəklər. Vahid mərkəzləşdirilmiş kitabxana portalında hər bir kitabxananın öz saytı yaradılacaq. Layihə yanvar ayından tətbiq olunacaq və gələcəkdə daha da genişləndiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1355

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51