Aktrisanın bacısı: “Səhhətində irəliləyiş olmasa, xaricə aparacağıq”
30 yanvar 2013 10:55 (UTC +04:00)

Aktrisanın bacısı: “Səhhətində irəliləyiş olmasa, xaricə aparacağıq”

Bir neçə gün öncə səhhəti pisləşən xalq artisti, Azərbaycan Dövlət Dram Teatrının aktrisası Firəngiz Mütəllimova müalicəsini davam etdirir. Xalq artistinin bacısı Nərgiz Mütəllimovanın Lent.az-a verdiyi məlumata görə, Firəngiz Mütəllimovanın müalicəsində irəliləyiş olmasa, onu xaricə aparacaqlar. Nərgiz Mütəllimova bildirib ki, bacısının səhhətində əvvəlkinə nisbətən irəliləyiş olsa da, o, özünü yaxşı hiss etmir: “Hələ ki, müalicəni davam etdiririk. Amma səhhətində irəliləyiş olmasa, xaricə aparacağıq”.

 

 

Qeyd edək ki, ötən gün Firəngiz Mütəllimova Lent.az-a açıqlamasında ev şəraitində müalicə olunduğunu söyləmişdi: “Beyin damarlarımda tutulmalar olub. Bu, təzyiqimə güclü təsir edib. Ona görə də çox hərəkət edə bilmirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2507

Oxşar yazılar