Türkiyənin pop divası Ajda Pekan müğənni Röya Ayxanın repertuarına müraciət edəcək.
Lent.az-ın məlumatına görə, Ajda Pekan bu barədə ATV telekanalında yayımlanan “ATV-maqazin” verilişində deyib. Türkiyəli sənətçi Röyanın “Sənə görə” mahnısını oxuyacağını diqqətə çatdıraraq, Azərbaycan musiqisni çox sevdiyini bildirib.
“ Mən daha bir azərbaycanlı sənətçinin mahnısını oxumaq niyyətindəyəm. Bu Röyadır. Mən onun mahnısını oxuyacağam” - deyə, o, əlavə edib.
Daha sonra müğənni Röya Ayxan Ajda Pekanın onun mahnısına müraciət etdiyindən hali olduğunu diqqətə çatdırıb.Bununla belə Röya Ajdanın ondan yaxşı oxuya bilməyəcəyini də diqqətə çatdırıb: “ Hər bir mahnının ilk ifaçısı yadda qalır. Düşünürəm ki, mən “Sənə görə” mahnısına öz ürəyimi qoymuşam. Ajdada bu mahnıya başqa bir nəfəs verəcək. Amma mən daha yaxşı oxumuşam”.