Yanvarın 24-də saat 19.00-da tanınmış şair-publisist, rəssam Adil Mirseyidin növbəti – ikinci fərdi sərgisi keçiriləcək. Lent.az-ın məlumatına görə, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Rəssamlar İttifaqı ilə birgə təşkil etdiyi bu sənət tədbiri “satış-sərgi” olacaq və xeyriyyə xarakteri daşıyacaq. Belə ki, A. Mirseyidin səhhətində yaranmış problemlər onun ciddi müalicə almasını zəruri edib və bu səbəbdən “satış-sərgi”dən əldə ediləcək vəsait onun ailə üzvlərinə veriləcək.
İş adamları, millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin qatılacağı “satış-sərgi”yə bütün maraqlananlar dəvətlidir.