(R) Resident Evil...
28 dekabr 2012 16:55 (UTC +04:00)

(R) Resident Evil...

Və ya video oyununun uğurlu və gəlirli bir kinoya çevrilməsi

 

İnanıram ki hər kəs, kino aləmindən nə dərəcədə uzaq olmasından asılı olmayaraq, ən azı bir dəfə də olsa füsünkar Milla Yovoviçin ölümcül T-virusunu hazırlamış sirli korporasiyanı təqib edərək yüzlərlə zombilərin pərən-pərən salmasının şahidi olub.

 

10 ildən artıq davam edən bu təqib hələ də sona çatmayıb, lakin filmin baş qəhramanına dünya şöhrəti, yaradıcılarına isə milyonlarla kassa gəlirləri gətirmişdir.

 

2002-ci ildə “Resident Evil” (Şər Məskəni) kult oyununun adaptasiyası üçün ssenari yazan Pol V. S. Anderson bu ideyanın onu dünyaca məşhur edəcəyini heç ağlına belə gətirə bilməzdi

 

Onu da qeyd edək ki, Pol Andersonun bu tipli kinolarin çəkilməsində artıq təcrübəsi var idi, və fentezi janrının pərəstişkarları onun çəkdiyi ilk film olan “Mortal Kombat” (Ölümcül döyüş) filmini yəqin ki xatırlayırlar.

 

İlk hissənin buraxılışından sonra, Anderson filmin ikinci və üçüncü hissələrində ssenari müəllifi və quruluşçu rejissor qismində iştirak edib, və eyni zamanda "AVP: Alien vs. Predator" (“Yad Yırtıcıya qarşı”, 2004) və "Death Race" (“Ölüm Yarışı”, 2008) kimi bir sıra uğurlu filmə rejissorluq etmişdir

 

Pol Anderson karyerasının əh uğurlu layihəsinə yalnız 8 il sonra qayıdıb, və filmin dördüncü və beşinci hissələrini çəkmişdir.

 

“Resident Evil 5: Retribution” (“Şər Məskəni 5: İntiqam”) filminin çıxışından sonra Pol V.S. Andersonun yeni filmin üzərində çalışması və hətta onun Bakıya gələcəyi haqqında məlumat üzə çıxmışdır. Buna baxmayaraq, səfərin detalları və əsas səbəbləri hələ də bəlli deyil.

 

Film layihəsinin çəkiliş dairəsini, və paytaxtımızın gündən-günə populyarlaşmasını nəzərə alaraq inanmaq istərdik ki, zombilərlə döyüşlərin növbəti səhnələri məhz Bakı şəhərində çəkiləcək, və biz bütün dünya ilə birgə sevimli prospekt və küçələrimizi böyük ekranda görəcəyik.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1675

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51