[b]"Bu kino ki var, çox qəliz məsələdir" - SORĞU[/b]
02 avqust 2016 18:53 (UTC +04:00)

[b]"Bu kino ki var, çox qəliz məsələdir" - SORĞU[/b]

"Bu kino ki var, çox qəliz məsələdir. Həm qəlizdir, həm də vacib". Rəhmətlik aktyorumuz Səməndər Rzayevin "Bəyin oğurlanması" filindəki bu replikası kino sənətinə verilən ən böyük qiymətlərdən biridir. Bu gün Azərbaycanda Milli Kino Günü qeyd olunur... Görəsən, bu aləmin daxilində olmaq necə olardı? Bir çoxlarımız film seyr edərkən ixtiyari olaraq özünü filmin qəhrəmanının yerində hiss edir. Əksəriyyətin ürəyindən ömründə heç olmasa bircə dəfə kinoya çəkilmək hissi mütləq keçib. Elə bu gün keçirdiyimiz sorğunun mövzusu da budur. Kinoya çəkilmək istərdinizmi?
 
 “Kinoya? Bəli. Döyüş filminə. Hansı rol məsləhət olsa, ona çəkilərəm”.
 
 “İstəyərəm. Baş rola. Romantik və döyüş filmlərini xoşlayıram”.
 
“Bəli. İstəyərəm. Romantik komediya filminə. Baş rola çəkilərdim”.
 
“Bəli. İstəyərdim. Triller olsa, çəkilərdim. İfritə qadın rolunu oynayardım”.
 
“Mən yəqin ki, komediya filmində ifritə rolunu oynayardım”.
 
“Yox. Səbəb odur ki, qabiliyyətim yoxdur”
 
“Xeyr. Təklif gəlsə, dəyərləndirərəm. Bəxtsiz cavan rolunu oynarayam. Çünki heç vaxt bəxtim gətirmir”
 
“Xeyr. Aktyorluq qabiliyyətim yoxdur. Təklif gəlsə, dəyərləndirərik. Rol da ki, təklifdən asılıdır”
 
“Yox. Təklif gəlsə, olar. Döyüş janrında filmləri sevirəm. Müsbət rola çəkilərdim”
 
“Əvvəlki yaşım olsa idi, hə. Amma indi yox. Komediya filminə çəkilərdim. Reklam şirkətim var. Oğlum tezliklə bir reklamda yer alacaq”.
 
Belə. Gördüyünüz kimi, kinoya çəkilmək istəyən də var, istəməyən də. Əsas odur ki, sonda rejissorlar və tamaşaçılar razı qalsın. Kino sahəsində çalışan bütün zəhmətkeşlərə “Gününüz mübarək olsun” deyirik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462
avatar

APA TV

Oxşar yazılar