Şəkidə “İpək Yolu” VI beynəlxalq musiqi festivalı keçirilib
08 iyul 2015 11:40 (UTC +04:00)

Şəkidə “İpək Yolu” VI beynəlxalq musiqi festivalı keçirilib

İyulun 1-dən 5-dək Şəkidə Şəki "İpək Yolu" beynəlxalq musiqi festivalı keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən Lent.az-a verilən məlumata görə, festivalda Azərbaycanda yaşayan etnik qruplar  –  ləzgilər, tatarlar, tatlar, axıska türkləri, kürd, rus mədəniyyəti mərkəzinin nümayəndələri, talışlar, avarlar, udilər, ingiloylar və saxurlar özlərinin maraqlı konsert proqramı ilə çıxış ediblər.

 

İyulun 4-də axşam Şəki Yay teatrında festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə ilə görüş keçirilib.

 

Qeyd edək ki, festival Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Şəki şəhəri icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 381
avatar

Oxşar yazılar