Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” komediyasının yaxın günlərdə premyerası keçiriləcək. Lent.az-ın məlumatına görə, bu barədə Teatrın mətbuat xidmətindən AzərTAc-a bildirib. Tamaşada xalq artisti Afaq Bəşirqızı bu tamaşada baş qəhrəmanın obrazını canlandırır. Əsər maraqlı və gözlənilməz situasiyalarla zəngindir. Övladının toyuna bir gün qalmış vəzifəli şəxs dünyasını dəyişir. Onun həyat yoldaşı isə bunu hamıdan gizlətməyi qərarlaşdırır. Fikirləşir ki, ərinin ölümü toyun təxirə salınması ilə yanaşı, onların bir sıra maraqlarına da zərbə vuracaq. Beləliklə, maddiyyat mənəvi dəyərləri üstələyir. Ailənin başçısı – ata ölüb, ailə üzvləri isə dəfn işləri ilə məşğul olmaqdansa, toya hazırlaşır. Qəfildən kişi ayılır. Bəlli olur ki, o, əslində ölməyib, kliniki ölüm keçirib. Baş verənləri bildikdən sonra dəhşətə gəlir və heç kimin gözləmədiyi qəribə bir qərar verir. Təbii ki, bu qərardan agah olmaq istəyənlər yaxın vaxtlarda premyerası planlaşdırılan tamaşanı mütləq izləməlidirlər.
Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, musiqi tərtibatçısı Emin Həsənovdur. Bu gözlənilməz situasiyalarla dolu komediyada səslənən musiqiləri isə tanınmış qarmon ustası, xalq artisti Ənvər Sadıqov səsləndirəcək. Tamaşada əsas obrazları əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gültac və Hüseyn Əlililər və başqaları ifa edirlər. Tamaşanın baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.
![“Toya bir gün qalmış” "kliniki ölüm"](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
“Toya bir gün qalmış” "kliniki ölüm"
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ](https://lent.az/storage/news/2024/july/25/big/66a25fc5a271a66a25fc5a271b172191738166a25fc5a271466a25fc5a2717.jpg)
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
26 iyul 2024 , 20:15![Dünya ədəbiyyatında ən güclü 10 qadın obrazı](https://lent.az/storage/news/2024/july/25/big/66a248c88967566a248c889676172191149666a248c88967166a248c889673.jpg)
Dünya ədəbiyyatında ən güclü 10 qadın obrazı
26 iyul 2024 , 12:24![Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi](https://lent.az/storage/news/2024/july/24/big/66a0ffefb354466a0ffefb3545172182731166a0ffefb353f66a0ffefb3541.jpg)
Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi
25 iyul 2024 , 12:50![“Halallıq vermədiyim xalq artistləri çoxdur” - Tanınmış aktrisa ilə MÜSAHİBƏ](https://lent.az/storage/news/2024/july/24/big/66a0dcca3eb4466a0dcca3eb45172181831466a0dcca3eb3e66a0dcca3eb41.jpeg)
“Halallıq vermədiyim xalq artistləri çoxdur” - Tanınmış aktrisa ilə MÜSAHİBƏ
24 iyul 2024 , 16:57!["Belə şeylərə nə ehtiyac var?" - Xalq artisti Arif Babayevdən AÇIQLAMA](https://lent.az/storage/news/2024/july/24/big/66a0b0c809b4266a0b0c809b43172180704866a0b0c809b3866a0b0c809b3d.jpg)
"Belə şeylərə nə ehtiyac var?" - Xalq artisti Arif Babayevdən AÇIQLAMA
24 iyul 2024 , 14:34![Fəxri adı ləkələyən XƏTA - Ağadadaş Ağayevi nə gözləyir?](https://lent.az/storage/news/2024/july/24/big/66a0b592560f666a0b592560f7172180827466a0b592560ef66a0b592560f3.jpg)
Fəxri adı ləkələyən XƏTA - Ağadadaş Ağayevi nə gözləyir?
24 iyul 2024 , 13:03![“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb](https://lent.az/storage/news/2024/july/22/big/669e438f4bf1a669e438f4bf1b1721648015669e438f4bf14669e438f4bf17.png)
“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb
23 iyul 2024 , 19:36![Son illərin ən yaxşı 20 qorxulu filmi](https://lent.az/storage/news/2024/july/22/big/669e646613b29669e646613b2b1721656422669e646613b21669e646613b25.jpg)