Mahmud Kaşğari adına Beynəlxalq Fondun mükafat komissiyası “San Yarlığı” mükafatının növbəti laureatını müəyyən edib. Lent.az-ın məlumatına görə, bunlar tanınmış alim Xalidə Xalid, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, Türkiyə səfirliyinin əməkdaşı Seyid Əhməd Arslan, həkim Seyfəddin Əsəd, Azərbaycan-Türk evinin sədr müavini Cahandar Bayoğludur.
Qeyd edək ki, fondun rəhbəri Elxan Zal Qaraxanlı, mükafat komissiyasının sədri isə Elçin Hüseynbəylidir. Bu mükafat daha əvvəl də Süleyman Dəmirəl, Rauf Denktaş, Mustafa Cəmil, Nizami Cəfərov kimi tanınmış şəxslərə təqdim edilib.