“Mən teatr haqqında danışmaq istəyirəm”in ikinci mərhələsi başlayıb
30 aprel 2013 20:27 (UTC +04:00)

“Mən teatr haqqında danışmaq istəyirəm”in ikinci mərhələsi başlayıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Mən teatr haqqında danışmaq istəyirəm” bədii qiraətçilərin baxış müsabiqəsinin ikinci mərhələsinə start verilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə çıxış edən teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov layihə haqqında ətraflı danışıb. O bildirib ki, Heydər Əliyevin 90 illik yubileyi, “Azərbaycan Teatrı 2009-2019 illərdə Dövlət Proqramı”, Azərbaycan milli peşəkar teatrının 140 və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 85 illik yubileyləri çərçivəsində həyata keçirilən layihə ilkin olaraq  Səbail rayonunun orta ümumtəhsil məktəbləri ilə birgə gerçəkləşdirilib.

 

Layihənin mart ayında keçirilən birinci mərhələsində Səbail rayonunda fəaliyyət göstərən 17 orta ümumtəhsil məktəbindən hər yaş kateqoriyasını əhatə edən 58 şagird  teatr haqqındakı dolğun təsəvvürləri hesabına ikinci mərhələyə keçmək hüququ qazanıb. Bugünkü turda münsiflər heyətinin qərarına əsasən 58 şagirddən 3 nəfəri qalib seçilib.

 

Qeyd edək ki, layihənin yekun mərhələsinə həsr olunan  tədbir mayın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının böyük səhnəsində keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 722
avatar

Oxşar yazılar