Fevralın 26-dan martın 3-dək Çex Respublikasının Brno şəhərində 5-ci “Cinema Mundi” beynəlxalq film festivalı keçiriləcək.
Mədəniyyət və Turizm NazirliyindənAPA-ya verilən məlumata görə, festivalda ölkəmiz “Çölçü” filmi ilə təmsil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Ekran əsəri indiyədək 16 beynəlxalq festival və kinoforumda iştirak edib, mükafata və diplomlara layiq görülüb.