“Bizim teatr” beynəlxalq festivalı keçiriləcək
26 mart 2014 22:37 (UTC +04:00)

“Bizim teatr” beynəlxalq festivalı keçiriləcək

0

Martın 27-dən 29-dək Bakı Uşaq Teatrının təşəbbüsü və Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) təşkilati dəstəyi ilə Bakıda “Bizim teatr” beynəlxalq teatr festivalı keçiriləcək.

 

ATXİ-nin məsul katibi Kəmalə Cəfərzadənin APA-ya verdiyi məlumata görə, festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İranın teatr kollektivləri iştirak edəcək:

 

“Festivalın məqsədi aktyorların diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, ölkədə festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır”.

 

K. Cəfərzadə bildirib ki, festivalın bütün tamaşaları ATXİ-nin tamaşa zalında və foyesində təqdim ediləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 539

Oxşar yazılar