Yanvarın 14-də Gənc Tamaşaçılar Teatrında Məcid Vahidzadənin “Bir səbət tənhalıq” adlı tamaşasının premyerası keçiriləcək.
Tamaşanın rejissoru, əməkdar artist Nofəl Vəliyevin APA-ya verdiyi məlumata görə, 86-cı teatr mövsümündə təqdim ediləcək yeni səhnə əsərinin tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır.
Rollarda Güşvər Şərifova, Eşqin Quliyev çıxış edəcəklər.