“Azərbaycan xalçaları” jurnalının altıncı sayı işıq üzü gördü
11 mart 2013 13:31 (UTC +04:00)

“Azərbaycan xalçaları” jurnalının altıncı sayı işıq üzü gördü

“Azər-İlmə” xalçaçılıq şirkətinin təsis etdiyi  “Azərbaycan xalçaları” elmi-bədii jurnalın altıncı sayı nəşr olunub. Lent.az-ın məlumatına görə, bu dəfə oxuculara Quba xalçaları, xalçalardakı quş motivi, Şərq poeziyasının xalçalarda ifadəsi, Azərbaycan xalçalarında tətbiq edilən işarələr haqqında məqalələr təqdim olunub. Jurnalın altıncı sayında “Unikal xalçalar: “Yaranış”, “Kəhkəşan”, “Səttarın arzusu”, “Qarabağda yun ipin xalq üsulu ilə boyanması”, “Xalçaçı Əli Fərruxi” kimi məqalələr oxucuların marağına səbəb olacaq. Jurnal əməkdaşının Ağcabədi, Bərdə, Beyləqan rayonlarına səfərindən hazırladığı reportaj isə tərəkəmə camaatının köçəri həyat tərzini bütün koloriti ilə əks etdirir.

 

Jurnalda, həmçinin “Azər-İlmə”yə baş çəkən dünyanın nüfuzlu “Bonhams” hərrac evinin xalça departamentinin rəhbəri Mark Dansın müsahibəsi də yer alıb. Əcnəbi xalça mütəxəssisi Azərbaycan xalçaları barədə dəyərli fikirlər səsləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080
avatar

Oxşar yazılar