“Arşın mal alan”  Özbəkistanda
21 fevral 2013 10:06 (UTC +04:00)

“Arşın mal alan” Özbəkistanda

 

Özbəkistan Dövlət Musiqili Komediya Teatrı Daşkənd vilayətinin Çirçik şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasını təqdim edib. Lent.az-ın məlumatına görə, anşlaqla keçən tamaşada Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Almalık şəhərindəki diasporumuzun üzvləri iştirak ediblər.


Özbəkistanda  məşhur olan bu əsəri tamaşaya teatrın bədii rəhbəri və baş rejissoru Sergey Kapriyelov hazırlayıb. Baş rolları Özbəkistanın xalq artisti Z.Solovyova, T.Kərimov, Q.Samıkova, D.Tuxtanazarov, M.İskəndərov və digər tanınmış aktyorlar ifa ediblər.


Qeyd edək ki, "Arşın mal alan" ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki "Kollizey" teatrında tamaşaya qoyulub. Həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və "Arşın mal alan" bu qədim şəhərdə də səhnələşdirilib. Əsər 1921-ci ildə Buxarada tamaşaya qoyulub, 1922-ci ildə isə Daşkənddəki "Raxat bağçası" teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gəlmiş aktyorlar əsərə səhnə həyatı veriblər.

 

Sonrakı illərdə "Arşın mal alan" dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində səhnələşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768

Oxşar yazılar