“Arşın mal alan”  Sankt-Peterburq səhnəsində
25 fevral 2014 23:13 (UTC +04:00)

“Arşın mal alan”  Sankt-Peterburq səhnəsində

Fevralın 25-də Sankt-Peterburqun “Kolizey Arena” konsert zalında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş etdirilib.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Moskvada fəaliyyət göstərən “Dərviş” Azərbaycan teatrı kollektivinin operettanın 100 illik yubileyi münasibətilə səhnələşdirdiyi əsər böyük maraqla qarşılanıb.


“Sankt-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatının rəhbəri Sabir Məsimov, “Dərviş” teatrının baş rejissoru, Azərbaycanın Əməkdar Artisti Mərdan Feyzullayev tamaşadan əvvəl çıxış ediblər.


Bildirilib ki, Üzeyir Hacıbəyli “Arşın mal alan” operettasını 1913-cü ildə məhz Rusiyanın şimal paytaxtında tamamlayıb. Təsadüfi deyildir ki, UNESCO-nun Baş Konfransının qərarı ilə dünya teatr ictimaiyyəti Azərbaycan mədəniyyətinin incisi sayılan bu əsərin 100 illik yubileyini böyük təntənə ilə qeyd edib.

 

# 361
avatar

Oxşar yazılar