Fevralın 18-də Azərbaycan Dövlət Milli Dram Teatrında “Dilimiz varlığımızdır” devizi altında 10-cu “Ana dilimizi sevək, sevdirək” adlı ümumrespublika müsabiqəsinin yekun turu keçirilib. APA-nın xəbərinə görə, müsabiqə “Çağ” Öyretim İşlətmələri şirkətinin Azərbaycan-Türkiyə özəl liseyləri tərəfindən, Təhsil Nazirliyinin təşkilatı və əməyi dəstəyi ilə təşkil olunub.
Tədbirin açılışda çıxış edən Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz bildirib ki, müsabiqənin 21 fevral - Beynəlxalq Ana dili gününə həsr edilib. Onun sözlərinə görə, müsabiqənin məqsədi ölkədə dilə sevgi, hörmət hissini aşılmaqdan ibarətdir. “Ana dilimizi sevək, sevdirək” adlı ümumrespublika müsabiqəsi üç mərhələdən, qrammatika, yazı, şeir, musiqi, internet saytı kateqoriyalarından ibarət olub.
Tədbirin davamında “Çağ Öyrətim” İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən isə qeyd edib ki, müsabiqənin I mərhələsində 1 115 məktəbdən 38 428 şagird, II mərhələdə 135 şagird iştirak edib. Onun sözlərinə görə, müsabiqənin III mərhələsinə mahnı kateqoriyası üzrə 6 nəfər, şeir kateqoriyası üzrə 5 nəfər, qrammatika kateqoriyası üzrə 10 nəfər, internet saytı hazırlamaq kateqoriyası üzrə 10 nəfər vəsiqə qazanıb. Onların hər birindən sonda 3 yer üzrə qalib seçiləcək və onlar beynəlxalq müsabiqədə Azərbaycanı təmsil etmək şansı qazanacaq.
Təhsil nazirinin müavini Qulu Novruzov, Qafqaz Universitetinin rektoru Ahmet Saniç və digər qonaqlar çıxış edərək bu müsabiqənin keçirilməsini yüksək qiymətləndiriblər. Tədbirin sonunda respublikanın görkəmli dilçilərindən ədəbiyyat, incəsənət, mədəniyyət nümayəndələri, pedaqoqlardan ibarət münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri müəyyənləşib. Belə ki, hər nominasiya üzrə 3 yerin qalibinə dəyərli hədiyyələr və mükafatlandırılıb. Bundan əlavə, hər 3 qalib bu ilin yayında keçiriləcək Türkiyədə keçiriləcək Beynəlxalq türk dili olimpiadasında iştirak şansı qazanıblar.