“Qaratel”  yenə ön cəbhədə! - FOTO
04 yanvar 2014 13:02 (UTC +04:00)

“Qaratel” yenə ön cəbhədə! - FOTO

0

Tovuz rayonun Ermənistanla ön cəbhədəki hərbi hissə şəhid  Qaratel Hacımahmudova ilə bağlı “Qaratel” filminin təqdimatı olub. Lent.az-ın məlumatına görə, film qəhrəmanın  həyatı, döyüş və qəhrəmanlıq yolundan bəhs edir.

Qeyd edək ki, Q. Hacımahmudova 1948-ci ildə Qazaxın Aşağı Əskipara  kəndində dünyaya gəlib. 1962-ci ildə kənd orta məktəbini bitirib və sonradan Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda (indiki İqtisad Universiteti) təhsil alıb. 1976-91-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel həm də Milli Azadlıq hərəkatının ən fəal üzvlərindən olub. 1991-ci ildə Qazaxa qayıdaraq doğma kəndinin cavanlarından ibarət könüllü özünümüdafiə batalyonuna qoşulub. 1992-ci ilin iyunun 14-də Aşağı Əskipara kəndinin işğalı zamanı düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurub. 1994-cü il sentyabrın 14-də Azərbaycan Respublikası prezidenti tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1658

Oxşar yazılar