Avropa Şurası Azərbaycanın keçirəcəyi tədbirləri müzakirə etdi
22 mart 2014 14:03 (UTC +04:00)

Avropa Şurası Azərbaycanın keçirəcəyi tədbirləri müzakirə etdi

0

Fransanın Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin növbəti sessiyası başa çatıb. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Sessiyada müzakirə olunacaq əsas məsələlər sırasında Azərbaycanın cari ilin may-noyabr aylarında Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçiriləcək tədbirlər xüsusi yer tutur.

 

Ölkəmizin Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsində fəal mövqeyinin gücləndirilməsi məqsədilə Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə rəhbər komitəsinin iclasında AR Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İclasda komitənin yeni mandatı, 2014-2015-ci illər üçün prioritet layihələr və ölkəmizin Avropa Şurasına sədrliyi çərçivəsində keçiriləcək tədbirlərin müzakirə olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 935

Oxşar yazılar