Bu gün gecə saatlarında təcili xəstəxanaya yerləşdirilən əməkdar incəsənət xadimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Rəhman Əlizadənin vəziyyəti ağır olaraq alır. Bu barədə APA-ya Rəhman Əlizadənin müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib. Əməkdaş incəsənət xadiminin müalicə həkimi Rəhman Əlizadənin ürək-beyin damarlarının tutulduğunu deyib: “Bununla yanaşı xəstənin böyrəklərində də ciddi problemlər var, vəziyyəti hələ stabilləşmədiyi üçün əməliyyat etmək təhlükəlidir”.
Qeyd edək ki, 66 yaşlı Rəhman Əlizadə səhhətində yaranmış problemlərlə əlaqədar uzun müddət Moskvada müalicə alıb.