Dünya şöhrətli rəqqas Bakıya gəlir
01 mart 2013 10:46 (UTC +04:00)

Dünya şöhrətli rəqqas Bakıya gəlir

Bakıda “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı keçiriləcək. Lent.az-ın məlumatına görə, təşkilatçılar Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqıdır. Festival martın 9-dan 19-acan davam edəcək. Burda beynəlxalq elmi simpozium, muğam ifaçılarının müsabiqəsi və dünyanın tanınmış musiqiçilərinin konsertlərinin keçirilməsi nəzərdə tutulub.

  Festival çərçivəsində, Heydər Əliyev Sarayında flamenqo rəqsinin mahir ifaçısı, aktyor, xareoqraf, dünya şöhrətli ispan rəqqası Joaquin Cortesin iştirakı ilə konsert olacaq. Martın 18 –də baş tutacaq konsertdə o, özünün yeni “DİSEN DE Mİ” adlı  rəqs proqramını təqdim edəcək. Konsert  saat 20:00-da başlayacaq.
 

Biletlər yaxın günlərdə satışa çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1034

Oxşar yazılar