22 iyun...saat 19-da... “Əmir Teymur
21 iyun 2014 16:29 (UTC +04:00)

22 iyun...saat 19-da... “Əmir Teymur

0

 

 

Sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Hüseyn Cavidin "Topal Teymur" əsəri əsasında hazırlanmış "Əmir Teymur" tamaşası nümayiş olunacaq. Lent.az-ın məlumatına görə, saat 19:00-da başlayacaq tamaşanın quruluşçu rejissoru Mehriban Ələkbərzadədir. Tamaşada müxtəlif rollarda xalq artisti Nurəddin Mehdixanlı ilə yanaşı Hikmət Rəhimov, Rafiq Əzimov, Mətanət Atakişiyeva Kazım Həsənquliyev, Münəvvər Əliyeva, Elşən Rüstəmov, Kazım Abdullayev, Rövşən Kərimduxt, Anar Heybətov, Şəhla Əliqızı, İlahə Həsənova, Elçin Əhmədov, Elnur Qədirov, Cümşüd Zeynalov, Əlvida Cəfərov, Nigar Güləhmədova, Elgün Həmidov kimi aktyorlar rol oynayacaqlar.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, bəstəkarı Aygün Səmədzadə, geyim üzrə rəssamı Aygün Mahmudova, rəqs və döyüş səhnələrinin quruluşçusu Pərviz Məmmədrzayevdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1092

Oxşar yazılar