2013-cü ilin paytaxtları elan olundu
19 fevral 2013 17:12 (UTC +04:00)

2013-cü ilin paytaxtları elan olundu

2013-cü il üçün Xaçmaz şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, Zaqatala şəhəri "Azərbaycanın Folklor Paytaxtı" və Göygöl şəhəri "Azərbaycanın Sənətkarlıq Paytaxtı" elan olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramının 2013-cü il üçün layihələri təqdim olunub. Lent.az-ın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək, layihənin həyata keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib. Bildirib ki, layihə regionların inkişafına müsbət təsir edib: “Azərbaycan xalqının qədim və rəngarəng qeyri-maddi mədəni irsi minilliklər boyu millətin mentalitetini və şüurunu formalaşdıran əsas mənbələrdən biri olmaqla, xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edən unikal bəşəri fenomendir”.

 


Nazir bildirib ki, Xaçmaz, Zaqatala və Göygöl rayonlarında il ərzində nominasiyalara uyğun olaraq, təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulur.
Tədbirdə dövlət və hökumət nümayəndələri, ictimai və incəsənət xadimləri iştirak ediblər. Daha sonra ötən ilki xalq yaradıcılığı paytaxtları olan Quba, Gədəbəy və Masallıya kuboklar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2174

Oxşar yazılar