Səbail rayonu, Osman Mirzəyev adına 190 saylı tam orta məktəbdə Novruz bayramına həsr olunmuş “Yurdumuza bahar gəlir” adlı tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə məktəbin şagirdləri, müəllimləri, valideynləri və Cəlil Məmmədquluzadənin ev muzeyinin əməkdaşları iştirak edib. Tədbiri açıq elan edən məktəbin direktoru, əməkdar müəllim Afət Bakıxanova hamını xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı münasibəti ilə təbrik edib, Novruzun tarixi və ənənələrindən danışıb.
Məktəbin ədəbiyyat müəllimi Pərvanə Səfərəliyevanın təşkil etdiyi tədbirdə uşaqların ifasında şerlər, mahnılar səslənmiş, musiqi nömrələri ifa olunub. Keçəl və kosanın gəlişi məclisi daha da şənləndirib.