"Ulduz yolu"nun aktyoru vəfat etdi
25 yanvar 2024 07:15 (UTC +04:00)

"Ulduz yolu"nun aktyoru vəfat etdi

"Ulduz yolu" filmindəki "Soval" obrazı ilə tanınan amerikalı aktyor Qari Qrem vəfat edib.

 

Lent.az xəbər verir ki, bu barədə sənətçinin keçmiş həyat yoldaşı Syuzan Lavell bildirib.

73 yaşlı aktyorun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, 110-dan çox layihədə yer alan Qari "Düzgün hərəkət", "Ay işığı detektiv agentliyi", "Yad millət" kimi məşhur film və seriallarda çəkilib.

# 2271
avatar

Oxşar yazılar