Çoxlarının "Çernomor" obrazı ilə tanıdığı rus aktyoru Vladimir Fyodorov 83 yaşında dünyasını dəyişib.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə mərhum aktyorun tanışı İvan Şablov “Facebook” səhifəsində paylaşım edib.
"Qısa boylu böyük adam. Sənətçi, nüvə fiziki, vətəndaş və İnsan! Qızıl əlləri və parlaq düşüncəyə sahib idi”, deyə Şablov vurğulayıb.
Qeyd edək ki, V.Fyodorov 40-dan çox filmdə rol alıb. O, xüsusilə "Ruslan və Lyudmila" sovet filmindəki “Çernomor” obrazı ilə məşhur idi. “Turançoks” obrazı da ona uğur gətirmişdi. Bundan əlavə, Fyodorov "On iki stul" və "Kin-dza-dza!" filmlərində də çəkilib.
"Ruslan və Lyudmila" filmi, “Çernomor” obrazı