mədəniyyət naziri Anar Kərimov
25 sentyabr 2021 15:01 (UTC +04:00)

mədəniyyət naziri Anar Kərimov

Nazir kinoteatr, teatr və konsert zallarından istifadənin QAYDALARINI AÇIQLADI

“Operativ qərargahla apardığımız konstruktiv danışıqlar nəticəsində oktyabrın 1-dən teatr, kinoteatr və konsert zalları açıq elan ediləcək. Amma burada müəyyən şərtlər var”.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, pandemiya qaydalarına riayət edilməli, zalların 50 faizdən çox doldurulmaması, COVID pasportu ilə giriş və zalların dezinfeksiyası tələbi yerinə yetirilməlidir:

“Mədəniyyət Nazirliyi fəaliyyət başladıqdan sonra ciddi nəzarət edəcək ki, bu qaydalara riayət olunsun, nəticə etibarilə insanların virusa yoluxmasına səbəb yaranmasın”.

# 1863
avatar

Oxşar yazılar