Misirin Turizm və Qədim Əsərlər Nazirliyi Atom Enerjisi İdarəsi ilə əməkdaşlıq edərək qədim mumiyaların bərpası və sənədləşdirilməsi üçün nüvə, radioloji və süni intellekt üsullarından istifadə edəcək ilk laboratoriyanı qurur.
Lent.az xəbər verir ki, bu barədə “Egypt Independent” nəşri məlumat yayıb.
Qeyd olunur ki, mumiyaların bərpası üçün süni intellekt texnologiyasından istifadə böyük əhəmiyyət kəsb edir, çünki bu, mumiyanın özünə nüfuz etmədən mumiyaların tədqiqat metodlarından istifadə etməyə və beləliklə, Misir irsini qoruyub saxlamağa imkan verir.