Zorgenin yaşadığı ev
09 fevral 2022 16:29 (UTC +04:00)

Zorgenin yaşadığı ev

Müharibənin dəqiq vaxtını xəbər verən bakılı: Yaşadığı ev dağılır - FOTOLENT

Bakının Sabunçu rayonu Gamboy Vəzirov küçəsində yerləşən bu evdə 1895-1898-ci illərdə Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl və o dönəmdə Almaniya və Yaponiyada jurnalist adı altında fəaliyyət göstərmiş “Ramzay” ləqəbli Rixard Zorge yaşayıb. 

Bu ev illərdir ki, qəzalı vəziyyətdədir. Sakinlər dəfələrlə müraciət etsələr də, vəziyyət dəyişməyib. 

Lent.az xəbər verir ki, hazırda bu evdə Rixard Zorgeyə aid hər hansı bir əşya və ya xatirə də yoxdur.

4 oktyabr 1895-ci ildə Bakıda Sabunçu qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində doğulmuşdu. Üç yaşı olanda valideninləri ilə Almaniyaya köçmüş və orta və ali təhsilini orada almışdı. Rixardın babası Albert və dayısı Fridrix kommunist idilər.1924-cü ildə Sovetlər İttifaqına qayıdan Rixard Zorge, 1929-cu ildə Sovet kəşfiyyat xidmətinin işinə cəlb edilmiş, 30-cu illərdə Almaniya və Yaponiyada işləyərkən bu iki ölkənin SSRİ-ə qarşı hərbi əməliyyatlara hazırlaşmaları barədə məlumatları Moskvaya çatdırmışdı. 

1941-ci ilin oktyabrında Rixard Zorge Yaponiya polisi tərəfindən həbs edilmiş və 1943-cü ilin sentyabrında onun haqqında ölüm hökmü verilmişdi. O, 1944-cü ilin 7 noyabrında Yaponiyada edam edilmişdi. Ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı 20 il sonra, 1964-cü ilin 5 noyabrında verilmişdir. Bakıda adını daşıyan küçə və park var. Həmçinin xatirə ansamblı yaradılmış, qəhrəmanlığı haqqında bədii film çəkilmişdi.

Foto Sabir Məmmədov © APA Group

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8208
avatar

Sevinc Fərid

Oxşar yazılar