Möhtəşəm TAPINTI  - Herakla aidddir
27 iyul 2022 10:32 (UTC +04:00)

Möhtəşəm TAPINTI - Herakla aidddir

  Türkiyənin Antaliya rayonunun Alanya qəsəbəsindəki Syedra antik şəhərində aparılan arxeoloji qazıntılar zamanı mifoloji qəhrəman Heraklın (Herkules) 12 vəzifəsini əks etdirən, təxminən 164 kvadratmetrlik döşəmə mozaikası tapılıb.

Lent.az TRT-yə istinadən bildirir ki, Karamanoğlu Mehmetbey Universitetinin Ədəbiyyat fakültəsinin arxeologiya kafedrasının müəllimi və Syedra Antik Şəhər Arxeoloji Qazıntı Qrupunun rəhbəri dosent Ertuğ Ergürer sözügedən mövzu ilə bağlı deyib: “Təxminən 164 kvadratmetr sahədə qərar tutan, eni 7,9, uzunluğu 21,91 metr olan döşəmə mozaikası eramızdan əvvəl 2-ci əsrə aiddir. Lazımi mühafizə tədbirləri görüldükdən sonra mozaika ictimaiyyətlə paylaşılacaq. Hal-hazırda ərazidə bu mozaika və digər antik əsərlərin üzə çıxarılması üçün işlər davam edir.”

# 2328
avatar

Oxşar yazılar