Məşhur muğam ustası nə üçün qonaqlarını  yatmağa   dəvət edirmiş?
07 iyun 2023 16:04 (UTC +04:00)

Məşhur muğam ustası nə üçün qonaqlarını yatmağa dəvət edirmiş?

Lent.az “Ömrün bir anı” rubrikasında muğam ustası Hacıbaba Hüseynovun ömür yolundan xatirələri paylaşır.

Mərhum muğam ustası və gözəl qəzəllər yazan Xalq artisti  Hacıbaba Hüseynov ömrünün son 10 ilində hər gün mütləq eyni rejimlə hərəkət edirmiş. Bütün sənət dostları onun rutin həyat tərzindən xəbərdar olduqlarına görə işləri olanda ustad Hacıbabanın “saatına” uymağa çalışırmışlar. Sənət dostlarının dediyinə görə, o hər səhər saat 7-də durub Bibiheybət ziyarətgahına gedirmiş. 

Ziyarəti bitirib saat 12-yə qədər bulvarda oturub dənizə baxar, qəzəl yazarmış. Sonra Filarmoniyaya baş çəkib, bir az dayandıqdan sonra gedirmiş işlədiyi yerə, dərs deməyə.

Onun ən dəyişilməz xüsusiyyəti, vazkeçilməzi isə günorta yuxusu imiş. Və bunu onun evində qonaq olan hər kəs bilirmiş. Gündüz evinə gələn hər kəsə öncədən deyirmiş: “Bax mən saat 2-də yatacam, bəri başdan deyirəm ki, inciməyəsən. Yatmağın gələr, keçib otaqların birində sən də yatarsan, istəməsən, oturub gözləyərsən”.  

Beləcə, evinə gələn hər kəsi saat 2 olunca yatmağa dəvət edib, gedib yatırmış.
Saat dördə qədər yatan müğənni sonra durub dəvət aldığı toya gedərmiş.

Deyilənə görə, saat 4  radələrində kim qonaq gəlsə, qapıdan qaytarırmış ki, mən yol üstəyəm. Gedin sonra gələrsiniz.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar