"Kəndimizə gedən yol" mobil film müsabiqəsinin qalibləri açıqlanıb -FOTO
30 noyabr 2023 16:42 (UTC +04:00)

"Kəndimizə gedən yol" mobil film müsabiqəsinin qalibləri açıqlanıb -FOTO

Dövlət Turizm Agentliyi və APA “Media Group”un birgə təşkilatçılığı ilə keçirilən "Kəndimizə gedən yol" mobil film müsabiqəsinin qalibləri məlum olub.

Lent.az xəbər verir ki, qaliblərin təqdimat mərasimində ölkənin tanınmış rejissorları, kinoşünaslar, yazıçı və şairlər, həmçinin müsabiqəyə marağı olan qonaqlar iştirak edib.

Çıxış edən müsabiqənin direktoru Orxan Məmmədli ideyanın yaranmasından bəhs edib: "Mobil telefonla çəkilən materiallarda onsuz da müəyyən mənada film adına nəsə olur. Sadəcə onu doğru yönləndirmək və doğru şəkildə görmək lazımdır. Biz də düşündük ki, belə bir müsabiqəni ərsəyə gətirmək lazımdır".

APA Media Group”un baş redaktoru Nurşən Quliyev, öz növbəsində, müsabiqənin faydalı tərəflərindən danışıb: "Ölkəmizin görülməmiş, gəzilməmiş yerlərinin üzə çıxarılması, özünəməxsusluğunun göstərilməsi üçün bu müsabiqə lazımlı bir layihədir. Onun əsas faydalı tərəflərindən biri turizm sahəsinin media ilə əməkdaşlığının artırılması, yeni layihələrə yol açılmasıdır. Arzu edək ki, bu cür müsabiqələr tendensiya halını alsın, davamlı olsun".

Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə çıxışında layihənin böyük marağa səbəb olmasına diqqət çəkib.

"Bu cür layihələr turizm baxımından da, faydalıdır. Müsabiqədə iştirak edənləri, o cümlədən qalibləri təbrik edirəm. Layihənin davamlı olmasını arzu edirəm", - Kənan Quluzadə qeyd edib.

Münsiflər heyətinin üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov isə gələcək layihələrdə Azərbaycan Kimematoqrafçılar İttifaqı adından lazımi dəstəyi verəcəklərinə hazır olduqlarını bildirib: "Vətənə nə zamansa mobil telefonun gözü ilə baxmaq lazımdır. Buna ehtiyac var. Bəzəkli görüntüləri onsuz da televizorda görürük. Dediyim kimi, davamlı olsun və gələn dəfələrdə AKİ olaraq layihəyə hər cür dəstək verməyə hazırıq".

Çıxışlardan sonra qaliblərin adları açıqlanıb və mükafatlandırma baş tutub.

Sosial mediada onlayn səsvermənin qalibi "Kəndimizə gedən yol" filmi ilə Sərvər Abdullayev olub.

Üçüncü yerə ortaq müəllifliklə Elvin Məcidli və Dilavər Manafov "Tut yolu" filmi ilə layiq görülüb.

İkinci yer üzrə münsiflərin qərarına əsasən, iki nəfər qalib seçilib.

Bunlar "Kəndimizə gedən yol - Qələbin" filmi ilə Xəyal İsgəndərov və "Bal yolu" filmi ilə Orxan Sadıqovdur.

Müsabiqədə birinci yer isə "Bir dəfə Nicdə" filmi ilə Xəyyam Namazova (Ömər Xəyyam) verilib.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində kinorejissor Əli İsa Cabbarov, kinoşünaslar Sevda Sultanova və Aygün Aslan yer alıb.

Münsiflər heyətinin səsverməsi anonim formada aparılıb.

'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO 'Kəndimizə gedən yol' mobil film müsabiqəsinin qalibləri açıqlanıb - FOTO

# 2049
avatar

Oxşar yazılar