Biz Marki, Məşhur repçi
18 iyul 2021 14:06 (UTC +04:00)

Biz Marki, Məşhur repçi

“Hip-Hopun kloun şahzadəsi” dünyadan köçdü

 Məşhur repçi Biz Marki (Biz Markie) 57 yaşında həyatını itirdi.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, pərəstişkarlarını kədərə qərq edən Markinin ölüm səbəbilə bağlı məlumat verilməyib.

Tanınmış repçi 2020-ci ildə 2-ci dərəcəli şəkər xəstəliyilə əlaqədar xəstəxanaya aparılmışdı.

  1989-cu ildə "Just a Friend" mahnısıyla tanınan Biz Marki rep musiqisinə əyləncə və yumor da qatdığı üçün "Hip-Hopun kloun şahzadəsi" adlanırdı.

  Qeyd edək ki, Hip Hop XX əsrin 70-ci illərinin sonunda Amerikada pis şərtlərdə və azlıq olaraq yaşayan zəncilərin gündəmdən uzaqlaşmaq və əylənmək üçün yaratdığı bir mədəni həyat tərzidir. Bu mədəniyyət özündə rep musiqisi, qraffiti sənəti, breakdans və DJ-liyi birləşdirir.

  Hip Hop mədəniyyətinin inkişafında Blues, Funk, Soul və Jazz musiqilərinin təsiri olduqca böyükdür.

# 2979
avatar

Oxşar yazılar