Dünyanın ən bahalı poçt markası  - Filateliyanın "Mona Lizası"
20 iyun 2024 16:40 (UTC +04:00)

Dünyanın ən bahalı poçt markası - Filateliyanın "Mona Lizası"

Hər bir filatelist  yaxşı bilir ki, marka nə qədər nadirdirsə, onun yüksək dəyərinin olma ehtimalı bir o qədər yüksəkdir.

Əgər poçt nişanı bir nüsxədə təqdim olunarsa,  onun qiyməti bir neçə milyon dollara çata bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, belə bahalı markalardan biri “Britaniya Qvianası”dır. Onun satış rekordu hələlik qırılmayıb.

Əsr yarım əvvəl buraxılmış bu nişan 9,5 milyon dollara satılıb. Bu unikal poçt markası maraqlı “ləqəblər” alıb - “Filateliya şahzadəsi” və “Mona Liza markalar dünyasında”.  

Marka 1856-cı ildə çap olunub, səkkizbucaqlı formaya malikdir. 

Bu markaya ilk dəfə şotlandiyalı məktəbli diqqət yetirib, onu cüzi bir məbləğə (2 dollar) kolleksiyaçıya satıb.

İllər keçdikcə markanın dəyəri artıb. İşarə 1870-ci illərin sonunda 750 dollara, 1922-ci ildə isə 36.000 dollara satılıb.

2014-cü ildə Britaniya Qvianasının poçt markası ABŞ-da hərracda satılıb. Unikal əşya 9,5 milyon dollara alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3306
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar