Dörd konsert verdi: Hər birinə 1 milyondan çox tamaşaçı  gəldi
20 iyun 2024 13:12 (UTC +04:00)

Dörd konsert verdi: Hər birinə 1 milyondan çox tamaşaçı gəldi

Hansı sənətçinin konserti milyondan çox insanı cəlb edə bilərdi? İlk növbədə “The Beatles” və “Queen” kimi əfsanəvi qrupların adı yada düşür.  

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, fransız multiinstrumentalist Jan Mişel Jarın konsertləri də milyonlarla insanın iştirakı ilə keçib.

Bütün karyerası ərzində o dörd  dəfə çox böyük konsert verib və hər konsertinə 1 milyondan çox insan gəlib. Musiqiçi ilk rekordu 1979-cu ildə qırıb.

Sonra Parisdəki Konkord meydanında çıxışına tamaşa etmək üçün 1 milyon insan gəlib.

7 il sonra Jarre Amerikanın Hyuston şəhərində konsert verərək öz rekordunu təzələyib. Tədbirdə 1,3 milyon insan iştirak edib.

1991-ci ildə əvvəlki rekord demək olar ki, iki dəfə artmışdı. Nailiyyət Parisdəki konsertdə qeydə alınıb: 2,5 milyon tamaşaçı.

1997-ci ildə Moskvadakı konsertini isə 3,5 milyon insan izləyib. 

75 yaşlı ifaçı sintezator, elektron gitara, zərb alətlərində mahir ifaçılıq nümayiş etdirir. O həm də bəstəkardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3282
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar