Mixail Boyarsk
16 fevral 2021 14:49 (UTC +04:00)

Mixail Boyarsk

"Dartanyan" qızdırmayla hospitala yerləşdirildi

SSRİ-nin və Rusiyanın məhşur artisti Mixail Boyarsk hospitala yerləşdirilib.

Lent.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hospitala yerləşdirilərkən Boyarski yüksək hərarətdə olub. Həkimlər koronovirus şübhəsiylə ondan test götürsələr də, nəticə neqativ çıxıb.

Aktyorun xanımı Larisa Luppian jurnalistlərə açıqlamasında bildirib ki, hələlik ona dəqiq diaqnoz qoyulmayıb. Xanım Luppian onu da bildirib ki, yanvar ayında koronovirusla bağlı peyvənd olunub.

“Mixailin xəstəliyi koronovirusla bağlı deyil”- xanım Luppian bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2178
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar