Azərbaycanda yeni yaradılan kino ittifaqının - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, sədrliyə namizəd kimi Xalq artisti Rasim Balayev təqdim edilib.
Onun sədrliyi təsdiq edilib.
***
Saat: 12:06
Azərbaycandakı kino ittifaqları - Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqtafçılar İttifaqı (ARKİ) bu gün rəsmi surətdə birləşəcək.
Lent.az APA-ya istinadla xəbər verir ki, hazırda ittifaqların birləşmiş konfransı keçirilir.
Konfransa yeni yaradılacaq təşkilatın Nizamnaməsinin təsdiqi, sədrinin və idarə heyətinin seçilməsi nəzətdə tutulub.