Hollivud ulduzu Bred Pitt yeni sevgilisi İnes De Ramonu hər gün daha çox sevdiyini bəyan edib.
Lent.az-ın xəbərinə görə, İnes aktyor Pol Uelsin keçmiş arvadıdır.
Bred Pitt bildirib ki, onun İneslə münasibətləri anlıq əyləncə xarakteri daşımır. “Düzdür, hər şey yenidir, lakin biz sıx qrafikimizə baxmayaraq, birlikdə olmağa can atırıq, birlikdə keçən saatlar hər ikimizə xoş təsir bağışlayır. O, mənim dostlarımla yaxşı dil tapır. İnesin sakit xarakterini çox qiymətləndirirəm”, - ulduz aktyor bildirib.