Cavanların dilində tez-tez eşitdiyimiz “Brat”, “Bratan” kəlməsini bir çoxları rus sözü zənn edirlər. Bu kəlmə “oğru aləmində” də çox işlədilir.
Lent.az " Belə yaranıb" rubrikasında maraqlı bir tarixçəni təqdim edir.
Təbii ki, “brat” rus dilində qardaş deməkdir. Amma “Bratan” rus dilinin yox, qədim Skandinav dilinin məhsuludur.
Skandinaviya xalqlarnın inancına görə, Bratan çətin məqamda göylərdən yerə enib, darda olanı xilas edən mələyin adıdır. Sonralar insanların o qədər çox köməyə ehtiyacı olub ki, Bratan bir yolluq yerə enib, müxtəlif insanların cildinə bürünərək yardım edib.
Rəvayətə görə, o, hamıya, xüsusi ilə səyyahlara, dara düşən, savaşa gedən, aclıq çəkən insanlara yardım edirmiş. Bratan yardım etdiyi insana kvas verib, yanaqlarını oxşayırmış.
Bratan skandinavların dilində mehriban, xoşxəsiyyət, gülərüz demək imiş. Ona görə skandinaviyalılar birindən yaxşılıq görəndə, “təşəkkür edirəm, Bratan” deyib, xeyirxah mələyə hörmət əlaməti olaraq yanağını oxşayırlar.